Xəzər Xəbər

Berlin Ukrayna ərazisindən qaz tranzitinin davam etməsini tələb edir

Dünya | 11:33 • 17 Dekabr 2018
Berlin Ukrayna ərazisindən qaz tranzitinin davam etməsini tələb edir

Almaniyanın iqtisadiyyat naziri Peter Altmayer təkcə Brüssel və Kiyevdə deyil, həmçinin uzaq Vaşinqtonda da səbirsizliklə gözlənilən bəyanatla çıxış edib.


AZƏRTAC xəbər verir ki, nazir "Reuters” agentliyinə müsahibəsində Ukraynanın əsas maraqlarının təmin olunması üzrə "Şimal axını-2” layihəsi üzrə Berlinin irəli sürdüyü şərti açıqlayıb. Alman hökumətinin mövqeyi ondan ibarətdir ki, 2019-cu ildə Kiyevlə Moskva arasında 10 illik sazişin müddəti başa çatdıqdan sonra təbii qazın Ukrayna ərazisindən tranziti davam etməlidir.


Xatırladaq ki, Ukrayna büdcəsinə daxil olan vəsaitin dörddəbir hissəsi məhz "Qazprom” qazının onun ərazisi ilə Avropaya nəql olunması hesabına daxil olur.


Almaniyalı nazir, eyni zamanda, Baltik dənizindən qaz xətti tikintisini dayandırmaq üzrə Ukrayna, Avropa İttifaqı və ABŞ-ın təzyiqlərini qəbul etməyib.

Xəbər lenti