Xəzər Xəbər

Fransa hökuməti nümayişçiləri dekabrın 15-də aksiya keçirməməyə çağırıb

Dünya | 15:16 • 13 Dekabr 2018
Fransa hökuməti nümayişçiləri dekabrın 15-də aksiya keçirməməyə çağırıb

Fransanın hakimiyyət orqanları Strasburqda baş vermiş terror hücumu ilə əlaqədar "sarı jiletlər” hərəkatının iştirakçılarını qarşıdakı şənbə günü nümayiş keçirməməyə çağırıb.


Xezerxeber.az xəbər verir ki, bu barədə Fransanın nazirlər kabinetinin rəsmi nümayəndəsi Benjamen Qrivo deyib. "Hazırkı mərhələdə "sarı jiletlilərin” şənbə günü keçirmək istədiyi nümayişin qadağan olunması barədə qərar qəbul etməmişik. Lakin etirazçıları şüurlu olmağa və nümayiş keçirməməyə çağırırıq”, - deyə Qrivo bildirib.


Xatırladaq ki, dekabrın 11-də axşam saatlarında Strasburq şəhərinin mərkəzindəki yeni il yarmarkasında naməlum şəxs insanlara atəş açıb. Son məlumata əsasən, Strasburq merinin terror aktı adlandırdığı insident nəticəsində 2 nəfər həlak olub, 13 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.


Cinayəti törətməkdə Strasburqun 29 yaşlı sakinini şübhəli bilinir. O, hərbçilərlə atışmadan sonra qaçıb gizlənməyə nail olub. Hazırda Fransa polisi almaniyalı həmkarları ilə birgə həmin şəxsin axtarışını davam etdirir. Paris şəhərinin prokuroru Remi Eytz təhqiqat çərçivəsində 4 nəfərin, o cümlədən şübhəlinin atasının və iki qardaşının saxlandığını deyib. Həmçinin onun cinayət əməllərinə görə Fransa, Almaniya və İsveçrədə 27 dəfə mühakimə olunduğu üzə çıxıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024