Xəzər Xəbər

Salman ölüm əmrini… Senat Trampı çıxılmaz vəziyyətə saldı

Dünya | 15:25 • 21 Noyabr 2018
Salman ölüm əmrini…

ABŞ Senatının beynəlxalq münasibətlər üzrə komitəsinin rəhbərliyi prezidenti Donad Trampdan səudiyyəli jurnalist Camal Qaşıqçının öldürülməsi əmrinin Səudiyyə Ərəbistanının varis şahzadəsi Məhəmməd bin Salmanın verib-vermədiyi barədə dəqiq cavab tələb edib.

Bu haqda "Politico” nəşri bildirib.

Nəşr dəqiqləşdirir ki, "Maqnitski aktı”na əsasən, prezident insan hüquqlarının dünya liderləri tərəfindən pozulmasına aid olan məsələ barədə suala 120 gün ərzində cavab verməyə məcburdur.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp güman etdiyini bildirib ki, Məhəmməd bin Salman krallığın İstanbuldakı konsulluğunda jurnalist Camal Qaşıqçının qətlə yetirilməsini bilib.

"Bizim kəşfiyyat orqanımız bütün məlumatları qiymətləndirməkdə davam etdirəcək, lakin tamamilə mümkündür ki, vəliəhd şahzadə bu faciəli hadisəni bilib. Bəlkə bilirdi, bəlkə də yox", - Trampın açıqlamasında deyilir.

Bununla belə, prezident qeyd edib ki, Birləmiş Ştatlar Səudiyyə Ərəbistanının etibarlı partnyoru olaraq qalmaq niyyətindədir.

Qeyd edək ki, bir neçə gün əvvəl MKİ-dəki mənbəyə istinadən "Vaşinqton Post” nəşrinin yazdığına görə, MKİ Qaşıqçının ölüm əmrinin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman tərəfindən verildiyi qənaətinə gəlib./publika.az

Xəbər lenti

Çox oxunanlar