Xəzər Xəbər

Gürcüstanda sorğu: iştirakçıların 56 faizi Qriqol Vaşadzeni dəstəkləyib

Dünya | 18:21 • 14 Noyabr 2018
Gürcüstanda sorğu: iştirakçıların 56 faizi Qriqol Vaşadzeni dəstəkləyib

ABŞ-ın "Edison Research” sosioloji sorğu kompaniyası noyabrın 1-dən 9-dək Gürcüstanda prezident seçkilərinin ikinci turu öncəsi sosioloji sorğu keçirib.


AZƏRTAC xəbər verir ki, "Rustavi2” televiziya şirkətinin sifarişi əsasında keçirilən sorğuda iki min seçici iştirak edib.


"Əgər bu gün prezident seçkilərinin ikinci turu keçirlərsə, hansı namizədə səs verərdiniz?” sualına cavab verən respondentlərin 56 faizi müxalifətdən olan namizəd Qriqol Vaşadzeni, 44 faizi isə müstəqil namizəd, hakim "Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının dəstəklədiyi Salome Zurabişvilini dəstəkləyib.


Rəyi soruşulanların 15 faizi cavab verməkdə çətinlik çəkdiyini, 8 faizi isə heç birinə səs vermək istəmədiyini bildirib.


Məlumat üçün qeyd edək ki, oktyabrın 28-də Gürcüstanda prezident seçkiləri keçirilib. Namizədlərdən Salome Zurabişvili 38,64 faiz, Qriqol Vaşadze isə 37,73 faiz səs topladıqları üçün Gürcüstanın 5-ci prezidenti ikinci turda seçiləcək.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024