Türkiyə Silahlı Qüvvələri PKK terrorçularına qarşı növbəti əməliyyat keçirib.
Bu barədə "Anadolu" agentliyi xəbər verir.
Xəbərdə bildirilir ki, antiterror əməliyyatı İraqın şimalındakı Kara, Zap və Avaşin-Basyan bölgələrində təşkil olunub. Əməliyyat zamanı 15 silahlı terrorçu zərərsizləşdirilib. Onların Türkiyə ərazisində hücumlara hazırlaşdıqları bildirilir.
Əməliyyat zamanı həmçinin terrorçuların sığınacağı və döyüş sursatları məhv edilib.(report.az)