Xəzər Xəbər

Soçidə Rusiya və Misir prezidentləri arasında danışıqlar aparılıb

Dünya | 18:34 • 17 Oktyabr 2018
Soçidə Rusiya və Misir prezidentləri arasında danışıqlar aparılıb

Soçidə Rusiya Prezidenti Vladimir Putin ilə Rusiyada rəsmi səfərdə olan Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi arasında danışıqlar aparılıb.


Xezerxeber.az xəbər verir ki, səfər çərçivəsində Rusiyanın və Misirin xarici işlər nazirlikləri arasında Strateji siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu imzalanıb, terrorizmə qarşı mübarizənin əlaqələndirilməsi, Əd-Dabaada Atom Elektrik Stansiyası tikintisi, Misirdə Rusiya sənaye zonası yaradılması, Rusiyadan Misirə turist axınının, habelə Rusiya və Misir şəhərləri arasında birbaşa aviareyslərin bərpa olunması məsələləri müzakirə edilib.

Xəbər lenti

Çox oxunanlar