Xəzər Xəbər

Kollecdə baş verən partlayış terror aktıdır - İSTİNTAQ

Dünya | 16:25 • 17 Oktyabr 2018
Kollecdə baş verən partlayış terror aktıdır -

Rusiyanın İstintaq Komitəsi Krımın şərqində yerləşən Kerç şəhərindəki kolleclərin birində baş verən partlayışı terror aktı adlandırıb.


Xezerxeber.az RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, insidentlə bağlı cinayət işi açılıb, təhqiqatla qurumun mərkəzi aparatı məşğul olacaq.


Rusiyanın Milli Antiterror Komitəsi kollecdə partlayıcı qurğunun işə salındığını bildirib. Məlumata görə, partlayış kollecin yeməkxanasında baş verib və qurğu metal hissəciklərlə doldurulub.


Xatırladaq ki, bu gün Kerç şəhərindəki texnikumlardan birində baş verən partlayış nəticəsində azı 18 nəfər həlak olub, 50 nəfərə yaxın insan isə müxtəlif


dərəcəli xəsarətlər alıb. Onlardan 20-si xəstəxanalara yerləşdirilib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024