Xəzər Xəbər

Konor və Həbib UFC-dən diskvalifikasiya edildi

Dünya | 17:23 • 12 Oktyabr 2018
Konor və Həbib UFC-dən diskvalifikasiya edildi

Nevada ştatının atletika komissiyası müvəqqəti olaraq rusiyalı Həbib Nurməhəmmədovu və irlandiyalı Konor Makqreqoru diskvalifikasiya edib.

Diskvalifikasiya oktyabrın 15-dən 24-dək davam edəcək və daha sonra komissiya döyüşçülərə qarşı sanksiyalar barədə qərar verəcək.

Komissiya Nurməhəmmədov və Makqreqor arasında Las-Veqasda baş tutan görüşdən sonrakı insidentlə bağlı müzakirələr aparıb.

Bundan əvvəl Nurməhəmmədov "Instagram” hesabında UFC-nin yalnız onun komandasına qarşı sanksiyalar tətbiq etməsindən qəzəbləndiyini bildirib. (oxu.az)

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024