Xəzər Xəbər

Bilal Dündar: “Azerspace-2” peykinin orbitə buraxılması ortaq sevincimizdir

Dünya | 21:15 • 26 Sentyabr 2018
Bilal Dündar: “Azerspace-2” peykinin orbitə buraxılması ortaq sevincimizdir

"Azerspace-2” peykinin sentyabrın 26-da orbitə buraxılması Azərbaycanın və Türkiyənin ortaq sevincidir.


Xezerxeber.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar bildirib.


Bakı Ekspo Mərkəzində "ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisinin keçirildiyi bir vaxtda "Azerspace-2” peykinin orbitə buraxılması xəbərinin düşmənlər üçün göz dağı olduğunu ifadə edən dərnək sədri fikirlərini belə davam edib: "Tarixdə elə işlər olur ki, onun bəhrəsini görmək zamana bağlı olur. Məsələn, 1994-cü ildə ulu öndər Heydər Əliyevin siyasi iradəsi əsasında "Əsrin müqaviləsi” imzalananda çoxları bu ideyanın xülya olduğunu zənn edirdi. Zaman hər şeyi yoluna qoydu. Siyasi qüdrət həmişə uca dağları fəth edir. Mən əminəm ki, 20-25 il bundan əvvəl həyata keçirilən neft strategiyasının bəhrəsini bu gün Azərbaycan və Türkiyə birgə gördüyü kimi, hazırda həyata keçirilən layihələrin də əsl bəhrəsi qarşıdakı illərdə özünü nümayiş etdirəcək. "Azerspace-2” peykinin sentyabrın 26-da orbitə buraxılması Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi ardıcıl tarixi nailiyyətlərin davamıdır”.

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024