Xəzər Xəbər

Vyetnam hökuməti ölkədə matəm elan edib

Dünya | 12:22 • 24 Sentyabr 2018
Vyetnam hökuməti ölkədə matəm elan edib

Vyetnam hökuməti ölkə prezidenti Çan Day Kuanqın vəfatı ilə əlaqədar sentyabrın 26-27-də ümummilli matəm elan edib.


Xezerxeber.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, matəm günləri ölkədə milli bayraqlar endiriləcək, bütün əyləncəli tədbirlər ləğv olunacaq, televiziya kanalları, radio stansiyalar və mədəniyyət müəssisələri öz proqramlarına dəyişikliklər edəcək.


Sentyabrın 26-da prezidentin nəşi Milli Müdafiə Nazirliyinin dövlət matəm zalına qoyulacaq. Dəfn mərasimi sentyabrın 27-də mərhum siyasətçinin doğma kəndində - ölkənin şimalında yerləşən Ninbin əyalətinin Kimşon bələdiyyəsində keçiriləcək.


Xatırladaq ki, Vyetnam Prezidenti Çan Day Kuanq ötən həftə müalicəsi mümkün olmayan nadir virus xəstəliyindən vəfat edib. O, ölkəyə 2016-cı ildən rəhbərlik edirdi və beş il müddətinə prezident seçilmişdi.

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024