Böyük dövlətlərin Türkiyə ilə bağlı 100 illik gizli planı ORTAYA ÇIXDI:
türk ordusu hərəkətə keçdi
Dünya
|
15:17 • 12 Sentyabr 2018
Dünyanın gözü İdlibə dikildiyi bir vaxtda Aralıq
dənizində "sular isinməkdədir”.
Dünyanın üçüncü ən böyük təbii
qaz rezervinin tapıldığı Aralıq dənizinin şərqində təhlükəli
proseslər baş verir.
Sentyabrın 28-də "EXXON Mobil” şirkəti bölgədə təbii qaz
axtarışlarına başlayacaq. "Total”, "Shell”, "Eni”, "Qatar Gas”,
"Noble Enerji”, "Kogas” şirkətlərinin də bölgədə təbii qaz
axtarışlarına qoşulacağı planlaşdırılır.
Digər tərəfdən, yunan Kipri Fransaya dəniz və hava bazasından
istifadə icazəsi verib. ABŞ da yunan Kiprindən baza istəyir.
"Yeni Şəfəq” qəzeti yazır ki, Yunanıstan və yunan Kiprinin qorxulu
röyası Türkiyə donanmasıdır. Türkiyə bölgədə haqlarına qarşı ola
biləcək hər hansı həmləyə qarşı donanmanı hazır vəziyyətə gətirib.
Payızda Türkiyənin "Fatih” gəmisi bölgədə axtarışlara
başlayacaq.
ABŞ isə 6-cı donanmanın komanda gəmisi olan USS Mount Vitneyi
Selanikdəki mərasimə qatılmaq bəhanəsi ilə bölgəyə göndərir. ABŞ
İdlibdə ola biləcək kimyəvi silah hücumunun qarşısını almaq üçün
Aralıq dənizində döyüş gəmilərinin sayını artırır. İngiltərənin
nüvə başlığı daşıyan dənizaltı gəmisini Aralıq dənizinə doğru
hərəkətə keçib. Fransa uzun müddətdir döyüş gəmisini Şərqi Aralıq
dənizində hazır vəziyyətdə saxlayıb. Rusiya da Aralıq dənizindəki
varlığını hər keçən gün artırır.
Suriya bəhanəsi ilə Aralıq dənizində güclənən bu ölkələr 10, bəlkə
də 100 illik planın arxasınca düşüblər.
Fransa yunan Kipri ilə 2007-ci ildə bağladığı müqavilə çərçivəsində
bu gün həm dəniz, həm də hava bazasından istifadə hüququ qazandı.
ABŞ da yunan Kiprin bazalarından istifadə etmək niyyətindədir.
İngiltərə uzun müddətdir bölgədə dəniz və hava bazalarına sahibdir.
Maraqlıdır ki, yunan Kiprinin Limasol limanını Suriyada bir-birinə
qarşı çıxan ABŞ və Rusiya birlikdə istifadə edir.
Bu mənzərənin pərdəarxasında enerji var. Bu güclərin hədəfi
dünyanın üçüncü böyük təbii qaz rezervinin olduğu Aralıq dənizində
indidən məskən salmaqdır.
Yunanıstan mediasının baş verənlərlə bağlı yazdıqları diqqət çəkir:
"Bir yerdə enerji varsa, qılınclar qınından çıxır. Şərqi Aralıqda
qılınclar yerinə bir çox ölkənin döyüş gəmiləri çıxır. Bölgədə ilk
baxışda görünməyən müharibə doğmaqdadır”.
Türkiyə bölgədə maraqlarını qorumaq üçün hərbi donanmasını hazır
vəziyyətə gətirib. Türk gəmiləri bölgədə kəşfiyyat fəaliyyətini
aparacaqlar./publika.az