Xəzər Xəbər

Avstraliyada nadir qızıl külçələr tapılıb

Dünya | 14:12 • 11 Sentyabr 2018
Avstraliyada nadir qızıl külçələr tapılıb

Avstraliyanın qərbində mədənçilər tərkibində böyük miqdarda qızılın olduğu iki böyük daş parçası aşkar ediblər. Daşlardan hər birinin bir neçə milyon dollar dəyərində olduğu bildirilir.


"RNC Minerals” mədən şirkətinin məlumatına görə, 95 kiloqram ağırlığında olan birinci daş parçasında təqribən 2400 unsiya (70 kiloqramdan çox) qızıl var. Kalqurli yaxınlığında yerləşən həmin mədəndən ötən həftə təxminən 11 milyon dollar dəyərində qızıl çıxarılıb. Lakin şaxtaçıların son tapıntıları çox nadir hesab edilir.


Qızılaxtaranların qənaətinə görə, böyük daşın təqribi qiyməti 3 milyon dollar, 63 kiloqram (təqribən 1600 unsiya qızıl) ağırlığında olan ikinci daşın qiyməti isə 1,9 milyon dollardır.


Avstraliyanın Kertin Dağ-Mədən Universitetinin professoru Sem Spirinq bildirib ki, adətən avstraliyalı şaxtaçılar bir ton qayadan təqribən 2 kiloqram qızıl əldə edirlər. "Belə tapıntılara çox nadir hallarda rast gəlmək olar. Bu fenomenal və heyranedici tapıntıdır”, - deyə professor vurğulayıb. (AZƏRTAC)

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024