Xəzər Xəbər

Kofi Annan öldü

Dünya | 15:17 • 18 Avqust 2018
Kofi Annan öldü

Birləşmiş Millətlər Təşkilatının yeddinci baş katibi Kofi Annan vəfat edib.

K.Annan 80 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, K.Annan 8 aprel 1938-ci ildə Qananın Kuması şəhərində doğulub. Təhsilini Amerika Birləşmiş Ştatları və İsveçdə tamamlayıb. Təhsil aldığı illərdə İngilis və fransız dillərini öyrənib. Daha sonra Birləşmiş Millətlər Təşkilatında işə başlayıb. 1996-cı ildə BMT-nin yeddinci baş katibi seçilib.2001-ci ildə Nobel sülh mükafatına layiq görülüb. 2007-ci ildə baş katib vəzifəsindən ayrılıb.

Xəbər lenti

Çox oxunanlar