Xəzər Xəbər

Putin Şimali Koreya lideri ilə görüşə hazırlaşır

Dünya | 12:38 • 15 Avqust 2018
Putin Şimali Koreya lideri ilə görüşə hazırlaşır

Rusiya prezidenti Vladimir Putin şimali koreyalı həmkarı Kim Çen Ina sosial şəbəkə vasitəsilə görüşmək təklifi edib. Bu barədə Şimali Koreyanın rəsmi xəbər agentliyi məlumat yayıb.

"Yaxın vaxtlarda sizinlə görüşərək, ikitərəfli münasibətlərlə bağlı təcili məsələləri və mühüm regional məsələləri müzakirə etməyə hazıram”,-deyə Putin Kim Çen Ina Telegram səhifəsində Koreyanın yapon işğalından azad olunmasının 73-cü ildönümü ilə bağlı təbrik məktubunda yazıb.

"Əminəm ki, birgə hərəkətlərimizlə biz – Rusiya, Şimali Koreya və Koreya Respublikası üçtərəfli layihələrdən başlayaraq, qarşılıqlı faydalı əməkdaşlığı gələcəkdə də inkişaf etdirə biləcəyik”,-deyə Rusiya prezidenti əlavə edib./FaktXəbər

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024