Xəzər Xəbər

Sietl aeroportundan qaçırılan təyyarə yerə çırpılıb

Dünya | 14:22 • 11 Avqust 2018
Sietl aeroportundan qaçırılan təyyarə yerə çırpılıb

ABŞ-ın Sietl şəhərində yerləşən hava limanından qaçırılan "Alaska Airlines” aviakompaniyasının "Bombardier Q400” təyyarəsi Ketron adası rayonunda yerə çırpılıb.


Xezerxeber.az Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Seattle–Tacoma aeroportunun "Twitter” səhifəsində yer alan məlumata əsasən, göyərtəsində sərnişinlərin olmadığı təyyarəni yerüstü xidmət əməkdaşı qaçırıb. Yerli polis departamentinin nümayəndəsi 29 yaşlı mexanik Ed Troyerin bu hərəkətini intihar kimi qiymətləndirib və hadisənin terrorla əlaqəli olmadığını qeyd edib.


ABC telekanalının yaydığı xəbərə görə, qaçırılan təyyarəni uçuş müddətində "F-15” qırıcıları müşayiət edib. Dispetçerlər Troyerlə əlaqəyə girib və təyyarəni şəhərdən uzaqlaşdıra biliblər.

Xəbər lenti