Xəzər Xəbər

Misir hərbçiləri 52 ekstremisti məhv edib

Dünya | 15:25 • 5 Avqust 2018
Misir hərbçiləri 52 ekstremisti məhv edib

Misir Silahlı Qüvvələrinin və Daxili İşlər Nazirliyinin Sinay yarımadasında və Liviya sərhədləri yaxınlığında birgə keçirdiyi "Sinay-2018" əks-terror əməliyyatları nəticəsində 52 ekstremist məhv edilib.


AZƏRTAC xəbər verir ki, Misir Silahlı Qüvvələrinin məlumatına görə, ölkənin Hərbi Hava Qüvvələri sərhədi qeyri-qanuni keçməyə cəhd göstərən silah-sursatla dolu 15 avtomobilə hücum edib və 39 xüsusi təhlükəli ekstremist öldürülüb.


Sinay yarımadasının şimalında Əl-Ariş şəhərində keçirilən daha bir əməliyyat zamanı isə təhlükəsizlik qüvvələri 13 ekstremisti məhv edib. Bundan əlavə, Sinayın şimalında və mərkəzi hissəsində 49 xüsusi təhlükəli cinayətkar saxlanılıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024