Xəzər Xəbər

Yunanıstanda dəhşətli yanğın: 20 ölü, 69 yaralı var - FOTO

Dünya | 09:18 • 24 İyul 2018
Yunanıstanda dəhşətli yanğın: 20 ölü, 69 yaralı var -

Yunanıstanın paytaxtı Afina şəhəri yaxınlığında tüğyan edən meşə yanğınları nəticəsində ölənlərin sayı azı 20 nəfərə çatıb.


Xezerxeber.az-ın məlumatına görə, bu barədə "Associated Press” rəsmi mənbələrə istinadən xəbər verib.

Məlumata əsasən, 69 nəfər xəstəxanalara yerləşdirilib. Onlardan bir çoxunun vəziyyəti ağır kimi qiymətləndirilir. Afina ətrafında yaşayan sakinlərin təxliyəsi davam etdirilir.

Qeyd edək ki, Yunanıstanda anomal istilər davam edir. Ölkənin bir sıra ərazilərində havanın hərarəti 40 dərəcəyə qədər yüksəlib.

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024