Xəzər Xəbər

Rusiyanın NATO-ya cavabı gecikmədi

Dünya | 16:05 • 29 İyun 2018
Rusiyanın NATO-ya cavabı gecikmədi
Makedoniyanın NATO-ya daxil olması bu ölkənin suveren hüququdur. Moskva Skopye ilə əlaqələrə önəm verir, amma alyansın öz sərhədlərinə doğru yaxınlaşmasının əleyhinədir.

Bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.


"Əvvəla, bu, Makedoniyanın öz suveren işidir. Biz Makedoniya ilə yaxşı münasibətlərimizə dəyər veririk və qiymətləndiririk. Sözsüz ki, ikitərəfli əlaqələrimizin inkişafında maraqlıyıq. Amma NATO infrastrukturunun və bütövlükdə NATO-nun bizim sərhədlərimizə doğru yaxınlaşmasına gəldikdə, siz Moskvanın bu məsələ ilə bağlı mövqeyinə çox yaxşı bələdsiniz – bu istiqamətdə heç nə dəyişməyib.” – deyə Peskov vurğulayıb.


Qeyd edək ki, bu gün NATO Baş katibi Yens Stoltenberq Makedoniyanın NATO-ya qəbulu prosesinin il yarım çəkəcəyilə bağlı açıqlama verib. Bildirib ki, Makedoniya Konstitusiyasında ölkənin adı ilə bağlı dəyişiklik edildikdən sonra, bu ölkəni NATO-ya dəvət edə biləcəklər.

"Makedoniyanın NATO-ya qoşulması tarixi fürsətdir. Əgər rəsmi Skopye bu fürsəti qaçırsa, çətin ki bir daha belə şansa sahib olsun.”- deyə Stoltenberq bildirib.

Xartırladaq ki, Makedoniyanın NATO və Avropa ittifaqına qoşulmasına Yunanıstan əngəl yaradır. Afina Makedoniyanın adının dəyişdirilərək "Şimali Makedoniya Respublikası” adlandırılacağı təqdirdə Skopyenin həmin qurumlara üzvlüyünə "yaşıl işıq" yandıracağını deyib. Bu günlərdə iki ölkə hökumətləri arasında məsələ ilə bağlı razılıq əldə edilsə də, Makedoniya prezidenti sazişi təsdiqləməyib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024