Rusiya prezidenti
Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğana şəxsən zəng
edərək, onu 24 iyun prezident seçkilərində qazandığı qələbə münasibətilə
təbrik edib. XəzərXəbər xəbər verir ki, bu barədə Türkiyə prezidenti administrasiyasının nümayəndələri məlumat yayıb.
Telefon
söhbəti zamanı hər iki lider Türkiyə-Rusiya arasındakı əlaqələrin daha
da inkişaf etdirilməsi ilə bağlı qərarlı olduqlarını, həmçinin başda Suriya olmaqla, regional məsələlərdə əməkdaşlığı davam etdirməyin vacibliyini vurğulayıblar.
Qeyd
edək ki, ötən gün Türkiyədə növbədənkənar prezident və parlament
seçkiləri keçirilib. Türkiyə Ali Seçki Komissiyasının məlumatına görə,
ölkə üzrə 59.354.840 seçicinin 87 faizdən çoxu səsvermədə iştirak edib. Prezident
seçkilərinin nəticələrinə əsasən, hazırkı prezident Rəcəb Tayyip
Ərdoğan 52,6 faiz səslə qələbə qazanıb. Müxalif Cumhuriyyət Xalq
Partiyasının namizədi Muharrəm İncə isə 30 faiz səslə ikinci yerdə
qərarlaşıb.