Əhalinin narazılığına
baxmayaarq, bu gün keçirdiyi plenar iclasda Ermənistan parlamenti ikinci
və sonuncu oxunuşda məcburu maliyyələşdirilən pensiyalar haqqında
qanuna əlavələr barədə layihəni qəbul edib. Ermənistanın maliyyə naziri
Atom Cancuqazyana ilk oxunuşdan sonra deputatlar qanun layihəsilə bağlı
təklif verməyiblər.
Qeyd edək ki, son həftələrdə Ermənistanın
bəzi rayonlarında pensiya və müavinətlərin artırılması ilə bağlı
mütəmadi aksiyalar keçirilib. Etirazçılar Paşinyan hökumətindən
pensiyaların ən azı 30 faiz qaldırılmasını tələb ediblər. Lakin hazırkı
dövlət büdcəsilə bu tələbi qarşılaya bilməyən Paşinyan 11 iyunda
keçirdiyi hökumət iclasında pensiya fondunu əhalinin gəlirlərindən
tutulan məcburi ödəmələrlə doldurmaq qərarı verib. Hökumətin məcburi
maliyyələşdirən pensiya sistemi qərarına əsasən, 1 iyuldan etibarən
1974-cü il və daha sonra dünyaya gələn erməni vətəndaşları əmək
haqqlarının 2,5 fazini pensiya fonduna ödəməlidirlər. Ümumilikdə isə, bu
sistemlə fonda gəlirlərin 10 faizi daxil olacaq, lakin onun 7,5 faizini
dövlət özünə götürəcək. Paşinyan hətta bildirib ki, gələcəkdə pensiya
fondu üçün əhalinin gəlirlərindən tutulacaq məbləğ maaşlarının 5 faiz
həcminə qaldırılacaq.
Paşinyanın qərarına etiraz olaraq
Ermənistanın əmək və sosial məsələlər naziri Mane Tandilyan istefa
verib. "Etiraz edirəm” təşəbbüs hərəkatı isə aksiyalar keçirərək bəyan
edib ki, Paşinyan hökuməti əhalini maaşlarının bir hissəsindən imtinaya
məcbur edir və minimum əmək haqqının qənaətbəxş olmadığı Ermənistanda bu
qanunun qəbulu az maaş alan gənclərə daha çox təsir edəcək.
Erməni KİV-ləri parlament trəfindən təsdiqlənən qanun layihəsinin yeni etirazlar doğuracağını istisna etmirlər. /azvision.az