Xəzər Xəbər

Putin iyunda xalqın qarşısına çıxır

Dünya | 12:51 • 27 May 2018
Putin iyunda xalqın qarşısına çıxır

Rusiya prezidenti Vladimir Putin ənənəvi olaraq televiziyada canlı yayımla vətəndaşların suallarını cavablandıracaq.

Birbaşa yayım iyunun 7-də yerli vaxtla saat 12:00-da başlayacaq. Mətbuat konfransı "Rossiya1”, "Rossiya24”, "ORT” telekanalları, "Mayak” radiostansiyası, "FM Xəbərləri” və "Rusiya Radiosu” ilə canlı yayımlanacaq.

Dövlət başçısı ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatına dair, eləcə də beynəlxalq vəziyyətlə bağlı vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

Sualları müxtəlif sosial şəbəkələr və SMS, MMS-lə ünvanlamaq mümkündür.

Xəbər lenti

Çox oxunanlar