Xəzər Xəbər

“ABŞ F-35-ləri verməsə...” Türkiyədən bəyanat

Dünya | 14:08 • 25 May 2018
“ABŞ F-35-ləri verməsə...”

ABŞ Türkiyəyə yeni nəsil F-35 qırıcılarının tədarükünü dayandırarsa, Ankara Vaşinqton barəsində cavab tədbirləri görəcək.

Trend-in məlumatına görə, bunu Türkiyə XİN-in rəsmi nümayəndəsi Hami Aksoy deyib.

Qeyd edək ki, ABŞ Konqresi Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərini alacağı təqdirdə, F-35 təyyarələrinin tədarükünün dayandırıla biləcəyini müzakirə edib.

Xatırladaq ki, Türkiyə ABŞ-dan ilk F-35 qırıcısını iyunun 21-i əldə etməyi planlaşdırır.

Xəbər lenti