Xəzər Xəbər

Avropa Parlamenti Mark Sukerberqi dinləyib

Dünya | 14:26 • 23 May 2018
Avropa Parlamenti Mark Sukerberqi dinləyib

"Facebook” şirkətinin yaradıcısı və rəhbəri Mark Sukerberq Avropa Parlamentində fraksiya rəhbərləri ilə görüşündə istifadəçilərin şəxsi məlumatlarının sızmasına dair qalmaqala görə üzr istəyib.


AZƏRTAC xəbər verir ki, Mark Sukerberq sosial şəbəkələr üçün əlavələrin müəllifləri tərəfindən şəxsi məlumatlardan qanunsuz istifadə edilməsi təhlükəsini vaxtında görə bilmədiyini vurğulayıb. O deyib: "Bu, səhv idi və mən səhvə görə üzr istəyirəm”. Sukerberq ABŞ Konqresində olduğu kimi, burada da eynən üzrxahlıq edib.


"Facebook”un yaradıcısı Avropa sakinlərini "qlobal cəmiyyətin böyük və son dərəcə vacib hissəsi” adlandırıb. O qeyd edib ki, Avropada "Facebook”dan 18 milyon kiçik biznes şirkəti kommersiya məqsədləri üçün istifadə edir. Üstəlik şirkətlərin əksəriyyəti buna görə bir sent də ödəmir. Onların yarısı kooperasiya nəticəsində yeni əməkdaşların tapılmasına nail olublar.


Avropa Parlamenti fraksiyasının rəhbərləri Sukerberqə kəskin suallar veriblər. Almaniyanın "dpa” agentliyi qeyd edir ki, Sukerberq bu sualları qeyri-müəyyən cavablandırıb. Belə ki, o, "Facebook”un sosial şəbəkə bazarını monopoliya etməsini təsdiqləməyib. Sukerberq deyib: "Mənim fikrimcə bizim hər gün yeni rəqiblərimiz meydana çıxır”.

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024