Xəzər Xəbər

Türkiyədə siyasi partiyalar deputatlığa namizədlərinin siyahısını təqdim ediblər

Dünya | 13:29 • 22 May 2018
Türkiyədə siyasi partiyalar deputatlığa namizədlərinin siyahısını təqdim ediblər

İyunun 24-də Türkiyədə keçiriləcək növbədənkənar prezident və parlament seçkilərinə hazırlıq işləri davam edir.


Artıq seçkilərdə iştirak edəcək partiyalar deputatlığa namizədlərinin siyahısını təqdim ediblər.


Ali Seçki Komissiyasının məlumatına görə, parlamentdəki yerlər uğrunda mübarizədə Ədalət və İnkişaf (AKP), Cümhuriyyət Xalq (CHP), Xalqların Demokratik (HDP), Hür Dava (HÜDAPAR), İYİ, Millətçi Hərəkat (MHP), Səadət və Vətən partiyaları iştirak edəcək.


Qeyd edək ki, prezidentlik uğrunda mübarizə aparmaq hüququnu Rəcəb Tayyib Ərdoğan, Doğu Perinçek, Meral Akşenər, Məhərrəm İncə, Səlahəddin Dəmirdaş və Teməl Karmollaoğlu qazanıblar.

Xəbər lenti