Xəzər Xəbər

Maykl Pens Aleksis Tsiprası Makedoniya ilə danışıqları davam etməyə çağırıb

Dünya | 17:04 • 20 May 2018
Maykl Pens Aleksis Tsiprası Makedoniya ilə danışıqları davam etməyə çağırıb

Ağ evin məlumatına əsasən, ABŞ-ın vitse-prezidenti Maykl Pens Yunanıstanın Baş naziri Aleksis Tsiprasla danışıqları zamanı Makedoniyanın adı ilə bağlı dialoqun davam etdirilməsinin zəruri olduğunu bildirib. M.Pens A.Tsiprasın bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirərək, məsələnin tarixi həlli ilə dünyada stabillik və sülhü təşviq edəcəyini vurğulayıb.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Makedoniyanın Baş naziri Zoran Zaev bildirib ki, ölkənin "İlinden Makedoniyası” adı ilə dəyişdirilməsi Skopye və Afina üçün ən uyğun variant ola bilər. O qeyd edib ki, nazirlər kabineti ümumxalq referendumundan sonra tədricən bu adın istifadəsini təmin etməyə hazırdır.


Qeyd edək ki, Yunanıstan qonşu ölkənin adının dəyişdirilməsini tələb edir. Bunu Makedoniyanın Yunanıstanın bölgəsi ilə eyni ad daşıması ilə əlaqələndirir. Ölkəni "Makedoniya Respublikası” adı ilə 142 ölkə tanısa da, Yunanıstanın tələbi əsasında beynəlxalq təşkilatlarda ölkənin adı "Keçmiş Yuqoslaviya Respublikası Makedoniya” kimi qəbul olunur. İki ölkə arasında artıq 30 ildir davam edən münaqişə Makedoniyanın Avropa İttifaqı və NATO-ya daxil olmasına əngəl törədir.

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024