Türkiyənin İstanbul
şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin zirvə
toplantısı keçirilir. İclas ABŞ səfirliyinin Qüdsə köçürülməsinə etiraz
edən fələstinlilərin İsrail hərbçiləri tərəfindən öldürülməsinə həsr
olunub.
Türkiyənin arici İşlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Qüds məsələsində müsəlman ölkələri birlik nümayiş etdirməli və digər ölkələrin ABŞ-ın ardınca getməsinin qarşısını almalıdır.
"İslam
Əməkdaşlıq Təşkilatının bəzi üzvlərinin Fələstin məsələsinə sahib
çıxmaması bizi kədərləndirir. Buna qarşı tədbirlər görməliyik. İsrailin
insanlıq cinayətinə ən sərt formada münasibət verməliyik. İsrailin
işğalçı, təcavüzkar və zülm siyasətinə son qoyulmasının zamanı çoxdan
yetişib” - deyə Çavuşoğlu bildirib.
O, Qüdsün
statusunu dəyişdirilməsinə icazə verməyəckələrini vurğulayaraq,
Fələstinə siyasi dəstəklə yanaşı, iqtisadi cəhətdən də yardım
edilməsinin vacibliyini diqqətə çatdırıb.
Qeyd edək ki, İstanbuldakı zirvə görüşündə 40-dan çox ölkənin nümayəndəsi iştirak edir./azvision.az