Fransa hökuməti
Suriyada kimyəvi silah hazırlanmasında əlaqəsi olduğu ehtimal edilən 3
fiziki şəxsin və 9 şirkətin aktivlərini dondurub.
Bu barədə Fransa xarici işlər naziri Jan İv le Drian və
iqtisadiyyat naziri Bruno Le Merin yaydığı birgə məlumatda bildirilib.
"Suriyadakı
elmi-tədqiqat mərkəzi üçün bu ölkənin kimyəvi və ballistik
potensialının inkişafında istifadə olunan materialların verilməsi, yaxud
bunda iştiraka görə 3 nəfər və 9 şirkət sanksiya siyahısına salınıb.
Həmin mərkəzin maraqları üçün işləyən 3 şəbəkəyə qarşı da tədbirlər
görülüb”, - deyə məlumatda vurğulanıb.
Fransanın xarici işlər naziri Jan İv le Drian daha əvvəl qeyd etmişdi ki, Qərbin hava zərbələrindən sonra Suriya kimyəvi silah hazırlaya bilməyəcək.