Ermənistanın müxalifət
lideri Nikol Paşinyan ölkənin baş naziri vəzifəsini müvəqqəti icra edən
Karen Karapetyanı danışıqlara dəvət etdiyini bəyan edib.
"Ermənistan Respublika Partiyası Karapetyanı danışıqlarda səlahiyyətli
nümayəndə etmək qərarına qəlib. Biz bunu nəzərə alırıq və, əvvəlki kimi,
danışıqlar prosesini bizim gündəliyimiz çərçivəsində davam etdirməyə
hazır olduğumuzu bildiririk. Mən Karapetyanı sabah 12.00-da danışıqlara
başlamağa dəvət edirəm”, - deyə Nikol Paşinyan qeyd edib.
O,
danışıqların jurnalistlərin iştirakı ilə keçirilməsinin vacibliyini
vurğulayıb: "Bağlı qapı arxasında hakimiyyətlə danışıqlar
aparmayacağıq”, - deyə Paşinyan əlavə edib.
Bundan əvvəl Rusiya
prezidenti Vladimir Putin Ermənistanın baş naziri vəzifəsini müvəqqəti
icra edən Karen Karapetyanla ölkədəki vəziyyətə dair danışıqlar aparıb.
(APA)