BMT Təhlükəsizlik Şurası Rusiyanın Suriyaya dair qətnaməsini qəbul etməyib.
Suriyaya qarşı təcavüzə son qoymaq çağırışı əks olunan sənədlə bağlı qətnaməni Rusiya, Çin və Boliviya dəstəkləyib. BMT TŞ-ın bu gün keçirilən iclasında səkkiz ölkə sənədin əleyhinə səs verib, dörd ölkə isə bitərəf qalıb.