Xəzər Xəbər

Hindistanda avtobus dərəyə aşdı: 11 ölü

Dünya | 13:12 • 13 Mart 2018
Hindistanda avtobus dərəyə aşdı:

Hindistanın şimalında yerləşən Uttarakhand ştatında avtobusun dərəyə yuvarlanması nəticəsində azı 11 nəfər həlak olub, 13 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

"Times of India” qəzetinin yaydığı məlumata görə, hadisə bu gün yerli vaxtla səhər saat 10-da Ramnahar və Almora şəhərlərini birləşdirən avtomobil yolunda baş verib. Hazırda ərazidə xilasedicilər və polis əməkdaşları işləyirlər.

Avtomobil yollarında sıxlıq, yol örtüyünün vəziyyətinin pis olması və sürücülərin intizamsızlığı Hindistanda ağır yol-nəqliyyat hadisələri ilə müşayiət olunur. Hər gün qəzalar nəticəsində ölkədə 400 nəfərə qədər, il ərzində isə təxminən 150 min insan həyatını itirir. Bununla yanaşı, Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən, son vaxtlar Hindistan yollarında həlak olanların sayı ildə 200 min nəfəri ötür.

Xəbər lenti