Xəzər Xəbər

Daha bir ölkə atom texnologiyasına sahib olacaq Şərqdə yeni təhlükə ocağı

Dünya | 10:06 • 20 Fevral 2018
Daha bir ölkə atom texnologiyasına sahib olacaq

Səudiyyə Ərəbistanı atom texnologiyasını öyrənmək məqsədilə nüvə stansiyaları inşa edəcək.

Bu barədə Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil ibn Əhməd Əl-Cübeyr deyib.

Nazir bildirib ki, bu mövzuda 10 ölkə ilə danışıqlar aparılır.

"ABŞ-ın nüvə yanacaq istehsalı mövzusunda digər ölkələrin sahib olduğu haqların eynisini bizə də tanımasını istəyirik. Neft potensialımızı qorumaq üçün nüvə sistemimizi qurmaqlıyıq”,- Əl-Cübeyr qeyd edib.

Səudiyyə Ərəbistanı qarşıdakı 20-25 il ərzində 16 nüvə reaktoru inşa etməyi və bu məqsədlə 80 milyard dollar sərmayə ayırmağı planlaşdırır. Rəsmi Riyad bu məsələdə ABŞ-ın dəstəyinin önəmli olduğuna diqqət çəkir./publika.az

Xəbər lenti

Çox oxunanlar