Xəzər Xəbər

İsrail və ABŞ kosmosda raketləri ələ keçirəcək

Dünya | 11:00 • 19 Fevral 2018
İsrail və ABŞ kosmosda raketləri ələ keçirəcək

İsrail və ABŞ gecə saatlarında böyük fəaliyyət radiusuna malik və ballistik raketləri kosmosda ələ keçirməyə qadir "Ox-3” raket əleyhinə kompleksləri uğurla sınaqdan keçirib.

Bu barədə İsrailin Müdafiə Nazirliyi məlumat yayıb.

"Bu gün 02:30 radələrində İsrail Müdafiə Nazirliyi ABŞ Müdafiə Nazirliyi ilə birgə atmosfer üzərində ballistik raketlərin ələ keçirilməsini nəzərdə tutan "Ox-3” raket əleyhinə kompleksi uğurla sınaqdan keçirib”, - deyə İsrail Müdafiə Nazirliyi öz "Twitter” səhifəsində yazıb.

Sınaqlar İsrailin mərkəzi hissəsində "Israel Aerospace Industries” konserni və İsrail Hərbi Hava Qüvvələrinin nəzarəti altında həyata keçirilib.

Xəbər lenti