Xəzər Xəbər

İranda zəlzələ olub

Dünya | 11:02 • 18 Fevral 2018
İranda zəlzələ olub

İranın şimalındakı Semnan əyalətində 4,3 maqnitudalı zəlzələ olub.

APA-nın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Seysmoloji Mərkəzi məlumat yayıb.

Yerli vaxtla ötən gecə saat 02.02 radələrində baş verən zəlzələnin ocağı Semnan şəhəri yaxınlığında, 10 km dərinlikdə yerləşib. Zəlzələ nəticəsində dağıntı və xəsarət alan olmayıb.

Xəbər lenti

Çox oxunanlar