Xəzər Xəbər

Tramp Netanyahu ilə Ağ Evdə görüşəcək

Dünya | 13:08 • 17 Fevral 2018
Tramp Netanyahu ilə Ağ Evdə görüşəcək

ABŞ prezidenti Donald Tramp martın 5-də İrailin baş naziri Binyamin Netanyahu ilə Ağ Evdə görüş keçirəcək.

Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyinə Ağ Evdəki mənbə bildirib.

Mənbə deyib: "Prezidentin baş nazirlə gözəl münasibətləri var və o, onunla görüşü səbirsizliklə gözləyir".

Qeyd edək ki, yanvar ayında Davos Dünya İqtisadi Forumunda Tramp və Netanyahu arasında görüş olub.

Xəbər lenti

Çox oxunanlar