"OPEK-in bütün üzvlərinə və OPEK-ə üzv olmayan ölkələrə neftlə dəstəklənən kriptovalyuta üçün birgə mexanizm hazırlamağı rəsmi olaraq təklif edəcəyəm", - deyə o bildirib.
Daha əvvəl Nikolas Maduro OPEK ölkələrinin qarşılıqlı razılıq əsasında neft qiymətlərinin sabitləşdirilməsi barədə danışıb.
O əlavə edib ki, neft hasilatının azaldılması üçün rejim ən azı 5 il işləməlidir.