Xəzər Xəbər

İranda Prezident Administrasiyasına hücum

Dünya | 14:21 • 5 Fevral 2018
İranda Prezident Administrasiyasına hücum

İranın Prezident Aparatının həyətində silahlı insident baş verib.

Tehran əyalət başçısının təhlükəsizlik məsələləri üzrə müavini Möhsin Həmədani deyib ki,bir nəfər Prezident Aparatının yoxlama postlarını zorla keçməyə cəhd göstərib. Bu zaman təhlükəsizlik xidmətinin əməkdaşları xəbərdarlıq atəşi açıblar: "Nəticədə həmin şəxs yaralanıb və Aparatın həyətinə keçmək cəhdinin qarşısı alınıb”.

Xəstəxanaya çatdırılan şəxsin 35 yaşlı kişi olduğu bildirlir.

"Tasnim” Xəbər Agentliyi şahidlərə istinadən xəbər yaymışdı ki, Prezident Aparatının həyətində atışma baş verib. Atışmaya səbəb naməlum şəxsin kəsici alətlə posta hücum etməsi olub.

Faktla bağlı araşdırma başlanıb. (APA)

Xəbər lenti

Çox oxunanlar