Xəzər Xəbər

2018-ci ildə “Sofiya” robotunun analoqu satışa çıxarılacaq

Dünya | 14:39 • 28 Dekabr 2017
2018-ci ildə “Sofiya” robotunun analoqu satışa çıxarılacaq
Gələn il "Hanson Robotics” şirkəti və Rusiya şirkətinin MDB ölkələrindəki nümayəndəsi olan SIFBL şirkəti yeni layihənin işə salınmasını planlaşdırır.

Bu layihə uşağın öyrənməsi və inkişafını nəzərdə tutan Eynşteyn mini robotunun hazırlanmasıdır. Layihə "SingularityNET” platformasının bazasında tərtib ediləcək.

"Sofiya” robotu da adıçəkilən platformanın üzərində inşa edilib. "ICO SingularityNET”-ya dəstək üçün "Sofiya”nın beynəlxalq promoturu cari ilin payızında Moskvada başlayıb. Yeni layihəni istehsalçı sosial adlandırıb və o, gələcək nəslin inkişafı və tədrisi üçün məhdudiyyətsiz imkanlar yaradacaq.

2018-ci ildə Rusiya və MDB-dən olan uşaqlar şəxsi robota sahib olacaqlar. Bu robot istənilən mövzuda ensiklopedik biliklərə sahib olacaq. O, uşaqları məktəb tədrisinə bərabər olan səviyyədə müxtəlif fənləri tədris edə biləcək./lent.az

Xəbər lenti

Çox oxunanlar