Xəzər Xəbər

Çavuşoğludan Qüds ÇAĞIRIŞI: “Başqa ölkələri də təşviq etməliyik”

Dünya | 11:41 • 13 Dekabr 2017
Çavuşoğludan Qüds ÇAĞIRIŞI:

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Görüşünün açılışda çıxış edək, "Şərqi Qüdsü Fələstinin paytaxtı olaraq tanıyan bizlər, digər ölkələri Fələstin dövlətini 1967-ci sərhədləri əsasında və paytaxtı Şərqi Qüds olacaq şəkildə tanımağa təşviq etməliyik", - deyə bildirib.

"Anadolu" agentliyinin məlumatına görə, Çavuşoğlu bu gün zülmə "Dur!" demək üçün toplaşdıqlarını vurğulayıb.

ABŞ-ın keçən həftə Qüdsə qarşı qəbul etdiyi qərarla insanlığın vicdanını dərindən yaraladığını söyləyən Çavuşoğlu, ABŞ-ın atdığı bu addımın İsrailin Qüdsün işğal təşəbbüsünə dəstək məqsədi daşıdığını bildirib.

Çavuşoğlu İslam ümmətinin bu mənzərəyə səssiz qalmasının gözləndiyini deyərək, "amma biz heç vaxt susmayacağıq. Bu zorakılıq sülh ehtimalını və birgə həyat bazasını məhv edib. ABŞ-ın verdiyi bu qərar bizim üçün yox hökmündədir", - deyə danışıb.

Xəbər lenti