Xəzər Xəbər

İsrail döyüş təyyarələri Qəzzanı bombalayıb

Dünya | 11:34 • 13 Dekabr 2017
İsrail döyüş təyyarələri Qəzzanı bombalayıb

İsrail rejiminin embarqo tətbiq etdiyi Qəzza zolağına havadan hücum təşkil olunub.

"Anadolu" agentliyinin verdiyi məlumata görə, İsrailin döyüş təyyarələri Qəzzanın cənubunda yerləşən Xan Yunis qəsəbəsinə avia zərbə endirib.

Fələstin Səhiyyə Nazirliyinin bəyanatında insan itkisinin olmadığı deyilir.

İsrail ordusunun sözçüsü Avichay Adrae isə mətbuata açıqlamasında bildirib ki, Qəzzadan raket hücumuna cavab olaraq Həmasa məxsus hərbi düşərgəyə avia zərbə endirilib. /FaktXəbər

Xəbər lenti