Xəzər Xəbər

BMT: 8,4 milyon yəmənli aclıq həddindədir

Dünya | 11:39 • 12 Dekabr 2017
BMT:

Kütləvi aclıq Yəmənin 8,4 milyon əhalisi üçün təhlükəli həddə çatıb. XəzərXəbər-in verdiyi məlumata görə, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Fərxan Xak və təşkilatın Yəmənlə bağlı humanitar yardım koordinatoru Ceymi Makqoldrik bəyanatla çıxış edib.

Ümumdünya təşkilatının hesablamalarına görə, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələrinin Yəmən limanlarını mühasirədə saxlaması ölkədə yanacaq, ərzaq, dərman və digər preparatların qıtlığının yaranmasına səbəb olub.

Makqoldrik bildirib ki, hazırda Yəməndə humanitar əməliyyatların bərpa olunması prioritet vəzifə sayılır. Onun sözlərinə görə, 8,4 milyon yəmənli aclıq həddində olduğu üçün təcili şəkildə yemək, təmiz su, sığınacaq və tibbi yardım vasitələri ilə təmin olunmalıdır. /faktxəbər

Xəbər lenti