Xəzər Xəbər

Ukraynanın 537 yaşayış məntəqəsi işıqsız qalıb

Dünya | 14:17 • 11 Dekabr 2017
Ukraynanın 537 yaşayış məntəqəsi işıqsız qalıb

Ukraynada qeyri-sabit hava şəraitinə görə ölkənin 14 vilayətində 537 yaşayış məntəqəsində elektrik enerjisinin verilişində problem yaranıb.


AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.


Məlumata görə, təkcə Çerkası vilayətinin 150, Kiyev vilayətinin 114, Lvov vilayətinin 54 yaşayış məntəqəsi elektrik enerjisiz qalıb.


Hazırda fövqəladə vəziyyətin aradan qaldırılması üçün xüsusi briqadalar işləyir.


Qeyd edək ki, dekabrın 10-da Ukrayna ərazisində güclü küləklə müşahidə olunan qar yağıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024