Xəzər Xəbər

ABŞ müharibə elan etdi – FAT-dan BƏYANAT

Dünya | 17:45 • 9 Dekabr 2017
ABŞ müharibə elan etdi

Fələstin Qüdsün İsrailin paytaxtı kimi tanınması barədə ABŞ prezidenti Donald Trampın qərarını müharibə elanı hesab edir.

Bunu Fələstin Azadlıq Təşkilatının (FAT) İcraiyyə Komitəsinin üzvü Vassel Əbu-Yusif deyib.

"Sözsüz ki, vitse-prezident Maykl Pens də daxil olmaqla, ABŞ nümayəndə heyəti Fələstin ərazisində qəbul edilməyəcək. Bundan sonra ABŞ-la danışıqlar aparılmayacaq. ABŞ prezidenti Donald Trampın qərarını Fələstin xalqına və rəhbərliyə qarşı müharibə elanı hesab etmək olar”, - o bildirib.

Qeyd edək ki, ABŞ prezidenti dekabrın 6-da Qüdsü İsrailin paytaxtı kimi tanıyıb və Təl-Əvivdəki səfirliyin bu şəhərə köçürülməsi barədə tapşırıq verib./publika.az

Xəbər lenti