Xəzər Xəbər

Şimali Koreyadan Qüds ÇAĞIRIŞI

Dünya | 18:18 • 9 Dekabr 2017
Şimali Koreyadan Qüds ÇAĞIRIŞI

Koreya Xalq Demokratik Respublikası (KXDR) Qüdsün İsrailin paytaxtı kimi tanınması barəsində ABŞ prezidenti Donald Trampın qərarını pisləyib.

KXDR-in Xarici İşlər Nazirliyi problemin fələstinlilərin maraqları nəzərə alınaraq ədalətli həllinin vacib olduğunu bildirib.

Məlumata görə, Pxenyan Trampı "dəli marazmatik” (tükənmişlik sindromu –red.) hesab edir.

"Qüdsün İsrailin paytaxtı kimi tanınması və Təl-Əvivdəki səfirliyin bura köçürülməsi barədə Trampın qərarı açıq etinasızlıqdır və beynəlxalq qanunvericilik normalarının təhqiridir”, - Şimali Koreya xarici siyasət idarəsinin bəyanatında deyilir.

Qeyd edək ki, ABŞ prezidenti dekabrın 6-da Qüdsü İsrailin paytaxtı kimi tanıyıb və Təl-Əvivdəki səfirliyin bu şəhərə köçürülməsi barədə tapşırıq verib.

Xəbər lenti

Çox oxunanlar