Xəzər Xəbər

Britaniyanın ilk tünddərili şahzadəsinin MÜƏMMALI KEÇMİŞİ: Anamı dayəm hesab edirdilər...

Dünya | 15:38 • 9 Dekabr 2017
Britaniyanın ilk tünddərili şahzadəsinin MÜƏMMALI KEÇMİŞİ:
Britaniyanın qalmaqallı şahzadəsi Meqan Marklın həyatında baş verən ibrətamiz əhvalatı təqdim edir.

Atam ağdərili, anam isə afroamerikalıdır. Bu genetik irs mənim dərimin rəngini əsmər edir. Demək olar ki, hər gün bununla bağlı qəribə fikirlər eşidirəm. Etnik və irqi bərabərliyin hökm sürdüyü Los Ancelesdə doğulub, böyümüşəm. İnsanlar anamı dayəm hesab edirdilər. Çünki onun dərisinin rəngi mənimkindən daha tünd idi. Hətta bir dəfə yoldan keçən bir nəfər anama o ifadə ilə müraciət etdi. Həmin vaxt anamın yanında idim. Onun gözləri dolmuşdu. Mənsə yalnız əlimi onun ovcunun içində bərk sıxıb, hiddətlə: "Narahat olma ana, hər şey yaxşıdır” deyə bildim.

Картинки по запросу meghan markle childhood pictures

12 yaşım vardı. Məktəbdə bizə bir vərəq verdilər. Özüm haqda məlumatları yazılı şəkildə qeyd etməli idim. İlk sual bu idi: Sən-ağsan, qarasan, afroamerikalısan, asiyalısan?

Mən uzun müddət çaşbaş halda anketə baxdım. Bu bəndlərin birini seçmək valideynlərimin yalnız birinə üstünlük vermək, bir qoluma üstünlük vermək idi. Qələmi yerə qoyub, o sualı cavabsız qoydum. Düşündüm ki, anam bunu görsəydi, necə üzülərdi.

Axşam baş verənləri gizlincə atama danışdım və onun cavabı bütün həyatımı dəyişdi. Atam dedi: Sən öz bəndini çiz, qoy o yalnız sənə məxsus olsun ki, seçim etməyə məcbur qalmayasan.

Похожее изображение

Bəli, mən bugün Britaniya krallığının bir parçası olan ilk qarışıqdərili şahzadəyəm. Ətrafımda çox qalmaqallı şaiyələr gəzir. Lakin keçdiyim həyat yolu əldə etdiklərimin dəyərini anlamağa və daim irəli baxmağa yardım edir./publika.az

Xəbər lenti