ABŞ və Cənubi Koreya Hərbi-Hava Qüvvələri dekabrın 4-də ən genişmiqyaslı birgə təlimlərə başlayıb.
Xezerxeber.az-ın RT-yə istinadən verdiyi xəbərə görə, Şimali Koreyanın raket sınaqları fonunda keçiriləcək təlimlər 5 gün davam edəcək.
Məlumata görə, təlimlərə 12 000 hərbçi və 230-dan çox hərbi texnika cəlb edilib.
ABŞ komandanlığının məlumatında bildirilir ki, təlimlərin məqsədi ABŞ və Cənubi Koreya HHQ-larının döyüş qabiliyyətini artırmaq, onların arasında koordinasiyanı gücləndirilməkdir.