Xəzər Xəbər

İranda son zəlzələdə xəsarət alanların da sayı artır - 51 nəfər

Dünya | 13:44 • 1 Dekabr 2017
İranda son zəlzələdə xəsarət alanların da sayı artır - 51 nəfər

İranın cənub-şərqində baş vermiş zəlzələ nəticəsində azı 51 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, hazırda axtarış-xilasetmə işlər davam etdirilir.

Qeyd edək ki, bu gün səhər saatlarında İranın cənub-şərqində 5,9 bal gücündə zəlzələ baş verib.

Təkanlar Kirman şəhərindən 65 kilometr şimal-şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 13 kilometr dərinlikdə yerləşib.

Xəbər lenti

Çox oxunanlar