Xəzər Xəbər

Tbilisidə antiterror əməliyyatı: bir xüsusi təyinatlı yaralanıb, əraziyə zirehli texnika gətirilir

Dünya | 11:53 • 22 Noyabr 2017
Tbilisidə antiterror əməliyyatı:

Gürcüstan paytaxtıTbilisinin İsani-Samqori rayonunda ötən gecə saatlarından başlayan antiterror əməliyyatı davam edir.

Səhər saat 10 radələrində təhlükəsizlik qüvvələri ilə terrorçular arasında şiddətli atışma olub.

Nəticədə bir xüsusi təyinatlı yaralanıb. O, təcili xəstəxanaya çatdırılıb.

Hazırda hadisə yerinə zirehli texnika gətirilir.

Ölən və yaralananlar barədə əlavə məlumat verilmir. Əvvəlcə doqquzmərtəbəli binada iki terroçunun olması barədə xəbər yayılsa da, hadisə yerindən atəş nöqtələrinin çoxluğu səbəbindən indi onların sayının çox olduğu güman olunur. Onlar təhlükəsizlik qüvvələrinintəslim olmaq barədə tələbini yerinə yetirməkdən imtina ediblər.

Polis terrorçuların zərərsizləşdirilməsi əməliyyatını mərhələli şəkildə həyata keçirir. Hadisə şahidləri və ərazidəki polis əməkdaşları"Report"un yerli bürosuna bildiriblər ki,xüsusi təyinatlılar terroçuların 9 mərtəbəli binanı partladacığından ehtiyat edir. Odur ki, əməliyyat mərhələli şəkildə davam edir. (Report)

Xəbər lenti

Çox oxunanlar