Xəzər Xəbər

Ermənistan ordusu daha iki əsgərini itirdi

Dünya | 12:46 • 21 Oktyabr 2017
Ermənistan ordusu daha iki əsgərini itirdi

İşğal altındakı Qarabağ ərazisində daha iki erməni əsgər həlak olub.


Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, hadisə dünən - oktyabrın 20-də baş verib. İlkin məlumatlara görə, silahdan istifadə qaydalarının pozulması nəticəsində Aram Xaçatryan (1998-ci il təvəllüdlü) və Qraç Avetisyan (1997-ci il təvəllüdlü) ölümcül güllə yarası alıb.


İşğalçı ordunun rəsmiləri hadisənin detallarının araşdırılması üçün müvafiq addımlar atıblar.

Xəbər lenti