Xəzər Xəbər

Bill Geyts ABŞ məktəblərinə 1,7 milyard dollar yatıracaq

Dünya | 09:44 • 21 Oktyabr 2017
Bill Geyts ABŞ məktəblərinə 1,7 milyard dollar yatıracaq

"Microsoft" korporasiyasının yaradıcısı Bill Geyts amerika məktəblərinə 1,7 milyard dollar həcmində yatırım etmək niyyətinin olduğunu bildirib.

Trend-in "The Washington Post" qəzetinə istinadən verdiyi məlumata əsasən, məbləğ təhsildə yeni yanaşmanın inkişafı və testində maraqlı olan məktəblərə ayrılacaq.

"Hər bir tələbə bazarda uğur əldə etmək üçün mükəmməl dövlət təhsili və ali təhsil almalıdır", deyə Geyts bilidirb.

Xəbər lenti