Xəzər Xəbər

Braziliyada yeniyetmə məktəbdə atəş açıb, ölən və yaralananlar var

Dünya | 09:52 • 21 Oktyabr 2017
Braziliyada yeniyetmə məktəbdə atəş açıb, ölən və yaralananlar var

Braziliyanın Qoyaniya şəhərində 13 yaşlı yeniyetmə məktəbdə odlu silahdan atəş açıb.

 

Xezerxeber.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 2 şagird ölüb, daha 7-si yaralanıb.

 

Məlumata əsasən, yeniyetmə hərbi polisdə işləyən valideynlərinin silahından istifadə edib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, yeniyetmə saxlanılıb.

 

Hazırda cinayətin motivləri araşdırılır.

Xəbər lenti